Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər ölkəyə 50 milyard avro məbləğində yardım çərçivəsində Qərbin Ukraynaya maliyyə vəsaitlərinin oğurlanması və korrupsiya ilə mübarizə üçün komissiya yaradıb.
Müvafiq qərar assosiasiyanın rəsmi jurnalında dərc olunub.
Komissiya “fırıldaqçılıq, korrupsiya, maraqların toqquşması və digər cinayətlərlə mübarizə də daxil olmaqla, Ukraynaya yardım proqramı çərçivəsində Aİ maliyyəsindən qeyri-qanuni istifadəyə” qarşı çıxmaq niyyətindədir.