Bakı. Trend:
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov “Dinamo”da çıxışedəcək.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, o, bu gün tibbi müayinədən uğurla keçib.
32 yaşlı qolkiper Moskva klubu ilə "2+1" illik müqaviləimzalayacaq. Lunyovun illik əmək haqqısı 900 min avro olacaq.
Qeyd edək ki, 2023/2024 mövsümünü “Qarabağ”da keçirən Andrey 43oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu vəkuboku titullarını qazanıb.