AZ

“21 yaşında mən o bağda ilk dəfə…” – Pərvin milyonluq bağın sahibindən danışdı

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılır.

BAKU.WS “shownews.az”a istinadən xəbər verir ki, aktrisa Pərvin Abıyeva açıqlamasında həmin bağda illər əvvəl serial çəkildiyini deyib:

“Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. “Oğurlanmış arzular” adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Çəkiliş zamanı Bəxtiyar müəllim özü də bağda olurdu.

Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8268
3
yerli.media

4Mənbələr