AZ

Paşinyan Ərdoğanı təbrik etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 18-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Məlumata görə, danışıqlar zamanı Ermənistan baş naziri Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib.
Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib.
Söhbət zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrinin mövcudluğunu vurğulayıblar.
Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksəksəviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd edib, habelə regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Mənbə: Haber Global
Seçilən
279
50
oxu.az

10Mənbələr