AZ

Müəllim fırıldaqlıq etdi - BAKIDA ŞOK OLAY



Abşeron rayon Mehdiabad Qəsəbəsində 3 nömrəli tam orta məktəbin tarix müəllimi Rüstəmov İlqar valideynləri tora salır. O, valideynlərdən borc alaraq guya hazırlıq keçmə adı ilə dələduzluq edir.

Faktmedia.az-onlarla müəllim şikayət ünvanlayıb. Bildirirlər ki, hazırlıq adıyla göndərdiyimiz müəllim uşaqlarımızdan dərs yerinə borc tələb edir. Biz də hazırlıqdan çıxmasın deyə məcbur qalıb veririk. Lakin həmin müəllim borcu qaytarmır.


Başları belə hazırlıq müəlliminə qarışan başqa valideyn bildirib ki, ondan da borc alıb lakin illərdi geri qaytarmır.

Əldə etiyimiz məlumata görə, bu dələduz müəllimdən direktorun da xəbəri var, hətta ondan da borc alıb qaytarmayıb.

Bundan başqa sözügedən müəllim kolleqalarından da xeyli borc alıb, amma qaytarmayıb. Ona edilən zəngləri də açmır, yerini də gizlətməyə çalışır.

Qeyd edək ki, həmin məktəb Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Məsələ ilə bağlı bir sıra müəllim və valideyn Daxili İşlər Nazirliyinə müraciət etmək qərarına gəlib. Onların dediyinə görə, artıq dələduzluq edən müəllim gələcəkdə uşaqlarının da başına qorxulu fəsadlar gətirə bilər.

Rəna Məmmədova

Seçilən
87
faktmedia.az

1Mənbələr