AZ

Milyonçular daha çox hansı ölkəni tərk edir və hansı ölkəyə köçürlər?

2024-də varlı insanlar əsasən Çini tərk edir və ən çox BƏƏ-yə köçürlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hanley & Partners”in özəl kapital miqrasiyası üzrə illik hesabatında deyilir.

Milyonerlərin ölkədən getməsinə görə birinci yerdə 15.200 nəfər göstərici ilə Çin qərarlaşıb.

Böyük Britaniya 2025-ci ildə xüsusi qeyri-dom vergi rejiminin ləğvi ilə əlaqədar 9.500 varlı şəxsin xaricə axını ilə ikinci yerdədir. Hindistan üçüncü yerdədir - 2024-cü ildə oranı 4.300 milyonçu tərk edəcək. Bununla yanaşı, şirkətlərin proqnozlarına görə, Rusiyadan milyonerlərin axını səngiyəcək.

BƏƏ sıfır gəlir vergisi, qızıl vizaları, dəbdəbəli həyat tərzi və strateji yeri sayəsində yüksək xalis sərvətli şəxslərin axını üçün ən yaxşı yerdir. BƏƏ-yə ən böyük axın Hindistan, Rusiya, Yaxın Şərq və Afrikadan gəlir. Ölkə rekord sayda - 6700 nəfəri qəbul edəcək. Bu, onların ən yaxın rəqibindən demək olar ki, iki dəfə çoxdur - 2024-cü ildə ABŞ-a 3.800 milyonerin gələcəyi proqnozlaşdırılır. 

Sinqapur 3.500 milyonçunun gəlişi ilə üçüncü yerdədir. Kanada və Avstraliya dördüncü və beşinci yerləri tuturlar (müvafiq olaraq 3200 və 2500 milyonçu axını ilə).

"Miqrasiya edən milyonçular ölkə üçün mühüm gəlir mənbəyidir, çünki onlar ölkəyə köçərkən özləri ilə pul gətirirlər. Həmçinin, onların təxminən 20%-i sahibkarlar və şirkət təsisçiləridir. Onlar yeni bizneslər və buna görə də yerli iş yerləri yarada bilərlər”, - "New World Wealth” tədqiqat şöbəsinin rəhbəri Endryu Amoyls bildirib.
 

Seçilən
166
50
olke.az

10Mənbələr