Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Pravda.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram".
Tarix: 20 İyun 2024, 19:01