AZ

Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi

Bakı. Trend:

Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən QərbiAzərbaycan İcması 20 iyun Ümumdünya Qaçqınlar Günündə bütündünyadakı köçkünlərlə həmrəyliyini bildirir və dünya ictimaiyyətiniqaçqınlar məsələsinə daha artıq diqqət yetirməyə çağırır.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasınınbəyanatında deyilir.

"Köçkünlük probleminin dayanıqlı həlli didərgin düşmüşinsanların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarınaqayıtmasına şərait yaratmaqdan keçir.

Qərbi Azərbaycan İcması, üzvlərinin öz doğma torpaqlarınaqayıdışı məqsədinə dialoq yolu ilə nail olmaq əzmindədir. İcmabeynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərinərazi bütövlüyünə və suverenliyinə, həmçinin sülh, barışıq vəbirgəyaşayış dəyərlərinə hörmət edir.

Qərbi Azərbaycan İcması qayıdış məsələsi üzrə Ermənistanhökuməti ilə hər zaman birbaşa dialoqa hazırdır. İcmanın davamlıdialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarınacavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətlivə davamlı həll istiqamətində irəliləyişə yardım etmir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq insanhüquqları öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuşazərbaycanlıların qayıdışına şərait yaratmağa çağırır", - bəyanatdaqeyd edilib.

Seçilən
52
26
az.trend.az

10Mənbələr