Tovuz rayon Qovlar şəhəri M.Məmmədov adına şəhər tam orta məktəbində 15 iyun -“Milli Qurtuluş Günü”nə həsr olunmuş futbol üzrə Tovuz rayon turnirinin açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov çıxış edərək bildiriblər ki, belə yarışların keçirilməsində məqsəd rayonda futbol idman növünün inkişafına nail olmaq, gənclərin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasıdır.
Futbol turnirində dairəvi üsulla 3 qrup üzrə 12 komanda olmaqla 216 nəfər iştirak edəcəkdir.