AZ

Belarusda orduda qəfil yoxlama

Belarus Müdafiə Nazirliyi silahlı qüvvələrin birləşmələri və hərbi hissələrinin hazırlığını qəfil yoxlayıb. Yoxlama hava hücumundan müdafiə bölmələri, xüsusi əməliyyat qüvvələri və artilleriya bölmələrində aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Belarus mətbuatı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Yoxlamaya əməliyyat komandanlığının hərbi hissələri və bölmələri, xüsusi təyinatlı qoşunları, raket və artilleriya, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları cəlb olunub”, – deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yoxlama Belarusun Brest və Qomel vilayətlərində sınaq meydançaları və ərazilərini əhatə edəcək. Hərbi texnika ictimai yollarda hərəkət edə bilər.

İyunun 11-də Rusiya və Belarusun qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb, bu müddət ərzində Rusiya və Belarus hərbçiləri bu cür silahların, o cümlədən “İsgəndər” komplekslərinin və “Kinjal” hipersəs raketlərinin döyüş istifadəsi üçün hazırlıqları işləyiblər.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
197
konkret.az

1Mənbələr