Rusiyada baş verən vertolyot qəzasında ölənlər var.
Rusiyada vertolyotun qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Hadisə Amur vilayətinin Tındinski rayonunda Zeya şəhəri səmasında baş verib. Belə ki, Zeya şəhərindən havaya qalxaraq Djeltulak istiqamətində uçan Robinson R-66 vertolyotu hələlik məlum olmayan səbəbdən qəza keçirib. Vertolyotda olan üç sərnişin və pilot qəzanın qurbanı olublar.
Qəza ilə bağlı araşdırma başladılıb və cinayət işi açılıb.
Oxuməni.az