AZ

DİN prezidentliyə namizədin yalanını üzə çıxardı

İranın Daxili İşlər Nazirliyi prezidentliyə namizid Məsud Pezeşkianın ölkədəki etnik qruplar barədə bəyanatına münasibət bildirib.

Yenisabah.az Borna-ya istinadla xəbər verir ki, nazirliyin Siyasi Məsələlər üzrə İdarəsinin baş direktoru Abdulla Moradi deyib:

"13-cü hökumətdə (mərhum İbrahim Rəisi administrasiyası - red.) siyasi təyinatlarda meritokratiyaya diqqət yetirməklə yanaşı, yüksək səviyyəli rəhbərlərin təyinatlarının peşəkar göstəricilərinə uyğun olaraq, həm də qanunla yerli seçimə və bütün yerli imkanlardan istifadəyə ciddi diqqət yetirildi". SEO Xidməti

O əlavə edib: "İslam Respublikasının strukturunda Konstitusiyanın 3-cü fəslinə əsaslanaraq, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqları var. İddiaların əksinə olaraq, indi Kirmanşah, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin hörmətli valiləri milli mənsubiyyətcə kürddürlər. Hətta Mazandaranın möhtərəm valisi də İlam kürdlərindəndir və təbii olaraq bu vilayətlərdəki valilərin müavini və valiləri də yerli şəxslərdir".

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
yenisabah.az

3Mənbələr