AZ

"Niderland Fransa ilə oyundan nə gözlədiyini bilir" - Kuman

style='margin-bottom:10px;'>

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-də Fransa ilə oyundan əvvəl fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, hər oyunda ən yaxşısını etməyə çalışdıqlarını bildirib: "İlk dəqiqələrdən oyuna başlayan futbolçularımız da var, sonradan meydana daxil olanlar da. Bu matçda da Vaut Veqhortsdan necə istifadə edəcəyimizi görəcəksiniz.

Polşa ilə qarşılaşma bizə öyrətdi ki, 60 dəqiqə yox, bütün 90 dəqiqə yüksək səviyyədə oynamaq lazımdır. Bundan əlavə, səbirli olmaq lazımdır. Topu itirsəniz nə baş verə biləcəyini də bilməlisiniz".

Mütəxəssis söyləyib ki, ilk oyunda qalib gəlmək inam gətirir: "Bütün bunlar isə son illərdə çox oynadığımız güclü Fransa komandasına qarşı bizə lazım olacaq. Bu matçdan nə gözlədiyimizi bilirik. İstənilən nəticəni əldə etmək üçün ən yaxşı tərəfimizi göstərməli olacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
teleqraf.com

1Mənbələr