AZ

Ermənistan Fələstin Dövlətini tanıdı

Rəsmi İrəvan Fələstin Dövlətini tanımaq qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan BMT Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamələrinə qoşulub. Bundan başqa, o, Yaxın Şərqdə sülh və sabitliyin, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həlli üçün “iki dövlət” prinsipini dəstəkləmişik. Sayt yaratmaq

Əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirmələrini təmin etməyin yeganə yoludur.

Göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edən Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
6
yenisabah.az

10Mənbələr