AZ

Bərdədə 4 kiloqrama yaxın marixuana aşkarlandı - FOTO - VİDEO

Bərdədə 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb. Onun üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin evinə də baxış keçirilib və oradan 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
6
avtosfer.az

10Mənbələr