AZ

Ermənistan Fələstin dövlətini rəsmən tanıyıb

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanın Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib.

Bəyanatda Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Qəzzada dərhal atəşkəs qərarını dəstəklədiyi və Fələstin ilə İsrail arasındakı münaqişənin iki dövlət əsasında həllinin tərəfdarı olduğu bildirilib.

Ermənistan dövlət radiosunun Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin bəyanatında deyilir:

“Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən hərbi münaqişə beynəlxalq siyasi gündəmin əsas məsələlərindən biridir. Ermənistan Respublikası mülki infrastruktura hücumları və mülki əhaliyə qarşı zorakılığı pisləyir”.

Mövsüm

Seçilən
125
aznews.az

1Mənbələr