AZ

Azərbaycandan xaricə daimi yaşamaq üçün gedənlərin sayı iki dəfədən çox artıb

Ötən il ölkədən daimi yaşamaq üçün gedənlərin sayı 2 min 500 nəfər olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə min 400 nəfər çoxdur. 2022-ci ildə ölkədən daimi yaşamaq üçün gedənlərin sayı min 100 nəfər olub.

Bundan başqa, ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 3 min 700 nəfər olub ki, bu da, əvvəlki illə müqayisədə 800 nəfər çoxdur. 2022-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2 min 900 nəfər olub.

Əvəz Həsənov

Seçilən
208
valyuta.az

1Mənbələr