AZ

Ermənistan Fələstin dövlətini tanıdı - Bəyanat

Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bəyanatda Ermənistanın Fələstin dövlətini rəsmən tanıdığı elan olunub.

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Qəzzada humanitar vəziyyət və davam edən münaqişə beynəlxalq siyasi gündəmdə həllini gözləyən əsas məsələlərdən biridir: "Ermənistan Respublikası mülki infrastrukturların hədəfə alınmasını, mülki şəxslərə qarşı zorakılığı, silahlı münaqişə zamanı mülki şəxslərin girov və əsir götürülməsini qəti şəkildə rədd edir və onların ilkin şərt qoyulmadan azad edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tələblərinə qoşulur. Bundan əlavə, Ermənistan Respublikası sülh və sabitliyin bərqərar olmasında səmimi maraq göstərir. Biz müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə etmişik və İsrail-İsrail münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik. İnanırıq ki, bu, fələstinlilər və israillilər arasınd aillərdir davam edən münaqişənin yeganə həll yoludur.

Göstərilənlərə, beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”.

Zülfiyyə 

MİA.AZ

Seçilən
247
1
mia.az

10Mənbələr