AZ

“Bank of Georgia” erməni separatizminin maliyyələşməsində iştirak edir - Səhmdarların xəbəri var?

Azərbaycan dövlətinin uzun illər ərzində davamlı şəkildəyürütdüyü siyasi, diplomatik və hərbi strategiyanın nəticəsindəölkə ərazilərində mövcudluğunu bir neçə onillik davam etdirmişerməni separatizmi məhv edilərək tarixin arxivinə göndərilib.Beynəlxalq hüququn yaratdığı şərait və bütün dünya ölkələrininbirmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması CənubiQafqazda artıq yeni geosiyası reallıqların yaranması ilənəticələnib. Lakin ortaya çıxan yeni siyasi nizamı qəbul etməyənbəzi xarici qüvvələr, onların Ermənistandakı (revanşist)nümayəndələri və keçmiş separatçı quruma yaxın olan şəxslərin əliilə qondarma Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsimüşahidə olunur.

Trend xəbər verir ki, cari ilin 17yanvar tarixində qondarma Qarabağ Respublikasının keçmiş“ombudsmanı” Artak Beqlaryanın rəhbərliyi altındaArtsax Xalqının Maraq və Hüquqlarını MüdafiəBirliyi” (The Union for Protection of the Interests and Rightsof the Artsakh People) adlanan qeyri-hökuməttəşkilatının yaradıldığı elan edilib. Təşkilatın yaranma missiyasıErmənistanda və bütün dünyada “köçkün” olaraq yaşamağa davam edənqarabağ ermənilərinin kollektiv hüquqlarını müdafiə etmək, onlarınmaraqlarını beynəlxalq platformalarda təmsil etmək, dünyanındiqqətini Qarabağ ermənilərinin məsələlərinə cəlb etmək olaraq qeydedilir. Bugünədək təşkilatın rəhbər şəxsləri tərəfindən bəziölkələrə səfərlər təşkil edilərək erməni diaspor nümayəndələri vəermənipərəst siyasətçilərlə görüşlər gerçəkləşdirilib. Belə ki,cari ilin fevral ayının 1-də ABŞ-da yerləşən Amerika Erməni MilliKomitəsinin (Armenian National Committee of America) təşkilatçılığıilə gerçəkləşdirilən toplantıda separatçı nümayəndələr ilə ABŞKonqresmenləri Bred Şerman və Ceyms Kostanın görüşü təşkiledilib.

Şəkil 1. ABŞ Konqresmeni Bred Şermanın iştirakı iləkeçirilmiş görüş

Eyni zamanda analoji fəaliyyətin Fransa erməni diasportəşkilatlarının dəstəyi ilə də davam etdirildiyini görə bilərik.Bir neçə ay öncə Artsax Xalqının Maraq vəHüquqlarını Müdafiə Birliyi”-nin rəhbəri olaraq fəaliyyətəbaşlayan Artak Beqlaryanın Fransanın paytaxtı Paris şəhərinə səfəritəşkil edilib.

Şəkil 2. Artak Beqlaryanın Paris meri Anne Hidalqotərəfindən mükafatlandırılması, 24 Aprel 2024-cü il, Parisşəhəri

Təşkilat fəaliyyətini vətəndaşlar tərəfindən ediləcək ianələrvasitəsi ilə gerçəkləşdirəcəyini elan edib. BirsözləArtsax Xalqının Maraq və Hüquqlarını MüdafiəBirliyi” adı altında davam etdirilən fəaliyyət separatçımahiyyət daşıyır və məqsədləri geniş ictimaiyətə açıqdır.

Lakin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə qarşıqəsd məqsədi daşıyan bu separatçı fəaliyyətə, daha doğrusu onunmaliyyələşməsinə dəstək göstərən xarici bankların fəaliyyətianlaşılan deyil. Təşkilatın maliyyələşməsində iştirak edən banklarhaqda məlumat aşağıdakı kimi qeyd olunur:

İanələrin edilməsi bank köçürmələri və kredit kartları iləmümkündür və bu proses zamanı əsas hesab Ermənistan mənşəliAMERIABANK-a məxsus olsa da, dollarla ediləcək köçürmələr (USD)üzrə vasitəçi bankın (intermediary bank) CITIBANK NA, NEWYORK, avro (EUR) üzrə RAIFFEISEN ZENTRALBANKOESTERREICH AG, rubl (RUB) üzrə isə AO RAIFFEISENBANK, MOSCOW olduğu məlum olur.

Artıq bir müddətdir ki, yuxarıda adıçəkilən CITIBANKNARAIFFEISEN BANK kimi qlobal maliyyəkorporasiyaları separatçı fəaliyyətin maliyyələşməsində vasitəçibanklar olaraq iştirak edir.

Qarabağ Əhalisinin Hüquq və Maraqlarının Qorunması İttifaqı adıaltında separatçı fəaliyyətə başlayan təşkilatın maliyyələşməsindəErmənistanın “AMERIABANK” adlı bankı aparıcı roloynayır. Əsas səhmləri uzun müddət Rusiya Federasiyasında yaşamışerməni milyarder Ruben Vardanyana məxsus olanAmeriabankın bu ilin əvvəlində hissələrində dəyişiklik başverib.

Şəkil 3. AMERIABANK-ın hazırkı səhmdarları

Hazırda səhmlərin 90%-i Bank of Georgia-yaməxsusdur və Bank of Georgia JSC Bank of Georgia Group PLC-nintörəmə müəssisəsidir. Bank of Georgia hazırda qonşu GürcüstanRespublikasının maliyyə bazarlarında aparıcı oyunçudur.AMERIABANK uzun müddətdir ki, separatçıfəaliyyətlərin təşkil edilməsində fəal rol oynayırdı lakinBank of Georgia tərəfindən adıçəkilən bankınsəhmlərinin demək olar ki, tam şəkildə alınmasından sonra daanaloji fəaliyyətin davam etməsi Rəsmi Bakıya qarşı atılanaddımdır.

Məhv edilən erməni separatizminin bu dəfəArtsax Xalqının Maraq və Hüquqlarını MüdafiəBirliyi” adı altında yeni formada ortaya çıxması vəGürcüstan Respublikasının aparıcı bankı hesab edilən Bankof Georgia-nın əsas səhmdarı olduğuAMERIABANK-ın bu fəaliyyətdə iştirakıAzərbaycan-Gürcüstan strateji əlaqələrinin ruhuna və mehribanqonşuluq münasibətlərinə uyğun deyil. Azərbaycan və Gürcüstandövlətləri uzun müddət ərzində separatizmdən əziyyət çəkib vəmüxtəlif platformalarda hər iki ölkə bir-birinin ərazi bütövlüyünədəstəyini ən ali səviyyədə bildirib. Rəsmi Bakı erməniseparatizmini ortadan qaldırmağa müvəffəq olsa da, Gürcüstanınqondarma Abxaziya və Cənubi Osetiya ilə bağlı problemləri hələ dəhəllini tapmayıb. Yeri gəlmişkən 1990-cı illərdə Abxaziyada başqaldıran separatçı fəaliyyətdə Baqramyan Batalyonuadlı ermənilərdən təşkil edilən silahlı qruplaşma da fəal iştirakedib və yerli əhalinin amansızcasına qətliamında birbaşa məsuliyyətdaşıyır. Şübhəsiz ki, bu barədə Gürcüstan dövləti və ictimaiyyətikifayət qədər məlumatlıdır.

Şəkil 4. Abxaziyada ermənilərdən təşkil edilmiş vəseparatçı fəaliyyətlə məşğul olmuş Baqramyan Batalyonu

Şəkil 5. Erməni Baqramyan Batalyonu qondarma AbxaziyaSilahlı Qüvvələrinin tərkibinə daxil edilir, 9 fevral 1993-cüil

Azərbaycanın suveren ərazilərinə iddia edən separatçıfəaliyyətin maliyyələşdirilməsində Bank of Georgia– ya məxsus AMERIABANK bankın iştirak etməsibeynəlxalq cinayətdir.

Hələ də separatizmdən əziyyət çəkən və 1990-cı illərdə erməniquldur dəstələrinin Abxaziya ərazisində yerli əhaliyə qarşıvəhşiliklər etdiyi Gürcüstanda ölkənin aparıcı bankı erməniseparatizminə dəstək olmalı deyil. AMERIABANK-ınəsas səhmdarına çevrilən Bank of GeorgiaAzərbaycanın Qarabağ ərazilərində uzun müddət kök salmış separatçıfəaliyyətə yeni nəfəs verilməsi ilə bağlı yürüdülən siyasi layihəyədəstək verərək Azərbaycan-Gürcüstan əlaqələrini və ölkəsininüzləşdiyi problemləri görməzdən gələ bilməz.

Mövzu diqqətdə saxlanılacaq

Ardı var…

Məqalədə:
Seçilən
277
3
az.trend.az

4Mənbələr