KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.
Missiya.Az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu bildirib.
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov əlavə edib ki, Almatıda keçirilən iclasın gündəliyinə 9 sənəd layihəsi, o cümlədən Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, təşkilatın 2024-cü il büdcəsinə dəyişikliklər, kosmosdan dinc məqsədlərlə tədqiq və istifadə məsələləri daxil edilib və təsdiqlənib.
Leyla SƏMƏNDƏRMissiya.Az