AZ

BMT İsrailə silah tədarükünü dayandırmağa çağırır

Bakı,TurkicWorld

BMT İsrailə silah və sursat tədarükünü dayandırmağa çağırır.

TurkicWorld xəbər verir ki, BMT ekspertlərinin fikrincə, silah ticarətini və onun daşınmasını maliyyələşdirən şirkətlər məsuliyyətə cəlb edilməlidir.

BMT-nin hesabatında, real məsuliyyətə cəlb oluna biləcək dünyanın ən böyük silah istehsalçılarının siyahısı verilmişdir.

Bundan əlavə, beynəlxalq məhkəmələrdə İsrailə qarşı işlər açılıb. Belə ki, bir ay əvvəl Beynəlxalq Cinayət Məhkəməsi İsrail ordusunu “real soyqırım təhlükəsi” səbəbindən Rəfahdakı əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bu səbəbdən İsraillə ABŞ arasında münasibətlər həm də silah tədarükü yenidən pisləşib. Ağ Ev ABŞ-ın silah tədarükünü gecikdirdiyini deyən Netanyahunun son açıqlamalarından “böyük məyusluq” ifadə edib.

Amerikalı siyasətçilər və diplomatlar Netanyahunun hansı gecikmələrdən danışdığını bilmədiklərini bildiriblər. Həmçinin, Vaşinqton heç bir ölkənin İsraili dəstəkləmək üçün ABŞ qədər iş görmədiyini vurğulayıb.

Seçilən
160
turkic.world

1Mənbələr