Xərçəngə tutulma dərəcəsi bir çox fərqli hadisəyə görə dəyişsə də, bəzi qidalarda olan maddələr xərçəng riskini artırır.
"Cebhe.info" xəbər verir ki, bu riski minimuma endirmək üçün bəzi qidalardan mümkün qədər uzaq durmağımız tövsiyə edilir.
Qızardılmış qidalar, duzlu və hisə verilmiş qidalar, yüksək istilikdə bişmiş qidalar, yüksək şəkərli və həddindən artıq yağlı qidalar xərçəng riskini artıran qidalar arasındadır.
Bundan əlavə, həddindən artıq spirt istehlakı ağız, yemək borusu, qaraciyər, düz bağırsaq və döş xərçəngi riskini artırır.