AZ

Arda Gülərdən yeni xəbər

2024-cü il Avropa çempionatının (AVRO 2024) F qrupunun ikinci oyununda sabah Portuqaliya ilə qarşılaşacaq Futbol Milli Komandası hazırlıqlarını davam etdirib.

News24.az xəbər verir ki, Barsinqhauzendəki düşərgə mərkəzində məşqçi Vinçenzo Montellanın rəhbərliyi altında keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olub.

Qaçışla başlayan məşq isinmə hərəkətləri və ötürmə hərəkətləri ilə davam edib.

Məşqin mətbuata qapalı hissəsində Portuqaliya matçının taktiki məşqinin aparıldığı bildirilib.

Qeyd edək ki, dünən yorğun olduğu və məşqə qatılmadığı üçün istirahət edən Arda Gülər bugünkü məşqdə də iştirak edib. Müalicəsi davam edən İrfan Can Kahveci komandadan ayrı çalışıb.

Milli futbolçu Barış Alper Yılmazın saçını sarıya boyatması diqqət çəkib.

Aypara ulduzlu komanda bu gün saat 18.15-də Hannoverdən Dortmunda hava yolu ilə gedəcək.

Milli komandanın oyunçuları Türkiyə - Portuqaliya matçının oynanılacağı BVB Stadionunda GMT ilə saat 21.45-də gəzintiyə çıxacaq.

Baş məşqçi Vinçenzo Montella və milli futbolçu Kerem Aktürkoğlu, GMT ilə saat 22.00-da stadionda mətbuat konfransı keçirəcək.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
news24.az

1Mənbələr