AZ

Əfsanəvi futbolçu silahlı soyğuna məruz qaldı – Xəstəxanaya yerləşdirilib

İtaliya futbolunun əfsanələrindən Roberto Baco silahlı soyğuna məruz qalıb.

Hefteklik.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 57 yaşlı sabiq futbolçu dünən gecə Vinçenza şəhərinə bağlı Altavilla Vicentinadakı evində ailə üzvləri ilə birlikdə Avropa Futbol Çempionatında İtaliya-İspaniya oyununu izləyərkən evə 5 silahlı soyğunçu daxil olub.

Soyğunçulara müqavimət göstərən Roberto Baco başından zərbə alıb. Soyğunçular onu  ailə üzvləri ilə birlikdə evdəki otaqlardan birinə salaraq qapını bağlayıblar.

Bütün evi axtararaq qiymətli əşyaları oğurlayan soyğunçular daha sonra aradan çıxıblar. Otağın qapısını qıraraq açan Roberto Baso polisi arayıb.

Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirilib.

Olayla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
heftelik.az

1Mənbələr