Bu gün keçirilən sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.
Gundem.az xəbər verir ki, imtahanda daha 2 nəfər maksimum – 60 bal toplayıb.
Onlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərirlər..
Belə ki, Sumqayıt şəhər Təfəkkür liseyinin müəllimi Leyla Babayeva və Masazır 1 nömrəli tam orta məktəbin müəllimi Canalıyev Səyyad sertifikasiyadan maksimum nəticə göstərib.