AZ

Jeep Wagoneer S Tesla Model Y-dən sürət testində üstün gəldi

"Jeep Wagoneer S" elektrik krossoverinin tam təqdimatı mayın 30-da olub və Stellantis konserni yeni modelə marağı artırmaq üçün rəqiblərlə müqayisələr aparır.

Fins.az xəbər verir ki, bu müqayisələrdə Tesla Model Y əsas götürülüb və Jeep Wagoneer S ilə müqayisədə zəif qalır.

Rəsmi tanıtım videosunda Jeep Wagoneer S ilə Tesla Model Y Performance arasında 60 mil/saat (97 km/saat) sürətlənmə yarışı göstərilir. Jeep Wagoneer S 3,4 saniyədə bu sürətə çataraq Tesla Model Y-dən (3,5 saniyə) üstün olub. Jeep Wagoneer S-in ən yüksək gücü 608 at qüvvəsi və 836 Nm, batareya ilə bəyan edilmiş yürüş məsafəsi isə 483 kilometrdir. Bu, Tesla Model Y-dən 44 kilometr daha çoxdur.

Jeep Grand Cherokee Trackhawk da yeni elekromobilə uduzub. Bu model 717 at qüvvəsi və 874 Nm hasil edən 6,2-litrlik Hemi V8 mühərriki ilə 60 mil/saat sürətə 3,5 saniyədə çatır. Wagoneer S isə bu nəticəni 3,4 saniyəyə əldə edir.

Jeep Wagoneer S, STLA Large platformasında qurulub və 118 kilovat/saat tutumlu batareyaya malikdir.

Jeep elektromobilinin ABŞ bazarına girişi payızda planlaşdırılır.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
fins.az

1Mənbələr