Avro-2024-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu günə D və E qruplarında ümumilikdə 3 matç nəzərdə tutulub. E qrupunda Slovakiya - Ukrayna görüşü artıq başa çatıb. Matçda Ukrayna millis 2:1 hesabı ilə qalib gəlib.
D qrupunda isə Avstriya Polşanın qonağı olacaq. Oyuna saat 20:00-da start veriləcək. Günün son qarşılaşmasıda Niderland və Fransa üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avro-2024 iyulun 14-dək davam edəcək.
21 iyun
E qrupu
17:00. Slovakiya - Ukrayna - 2:1
Qollar: Şxranz, 17 - Şaparenko, 54, Yaremçuk, 80
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, "Esprit Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Rumıniya | 1 | 1 | 0 | 0 | +3 | 3 |
2 | Ukrayna | 2 | 1 | 0 | 1 | -2 | 3 |
3 | Slovakiya | 2 | 1 | 0 | 1 | 0 | 3 |
4 | Belçika | 1 | 0 | 0 | 1 | -1 | 0 |
D qrupu
20:00. Polşa - Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Berlin Olimpiya Stadionu
23:00. Niderland - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leyptsiq, "Red Bull Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Niderland | 1 | 1 | 0 | 0 | +1 | 3 |
2 | Fransa | 1 | 1 | 0 | 0 | +1 | 3 |
3 | Avstriya | 1 | 0 | 0 | 0 | -1 | 0 |
4 | Polşa | 1 | 0 | 0 | 1 | -1 | 0 |