Ukraynanın Təhlükəsizlik Xidməti ordu birləşmələrinin cəbhədəki mövqeyi barədə məlumatları qeyri-qanuni olaraq ictimailəşdirməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əməliyyat gecə saatlarında həyata keçirilib.
İstintaq materiallarına görə, sözü gedən şəxslər Ukrayna Silahlı Qüvvələrinin əsasən Zaporojye istiqamətindəki mövqeləri, eləcə də silah-sursat və hərbi texnikanın yerləşdirilməsinə dair məxfi informasiyanı və videogörüntüləri əldə edərək, \"Facebook” və \"Telegram”dakı sosial şəbəkə hesablarında yayıblar.
Qeyd edək ki, ölkənin Cinayət Məcəlləsinə əsasən onları 8 ilədək həbs cəzası gözləyir.