AZ

ABŞ və Rumıniya informasiya manipulyasiyası ilə mübarizə haqqında saziş imzalayıblar

ABŞ-nin dövlət katibi Antoni Blinken və Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Vaşinqtonda xarici dövlətlərin informasiya manipulyasiyasına qarşı mübarizəni nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

İqtisadiyyat.az xəbər verir ki, imzalanma mərasimi barədə məlumat ABŞ Dövlət Departamenti tərəfindən yayımlanıb.

Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, ölkələr Amerika xarici siyasət departamentinin çərçivə proqramında qeyd olunan ikitərəfli əməkdaşlığı genişləndirmək və beş əsas istiqamət üzrə siyasəti əlaqələndirmək niyyətindədirlər. Ölkələr dezinformasiya əməliyyatları ilə bağlı məlumat mübadiləsini artırmaq və dezinformasiyaya davamlılığı gücləndirmək üçün potensial yaratmağı hədəfləyir. 

Blinken memorandumu imzalamazdan əvvəl qeyd edib ki, Rumıniya Vaşinqtonla belə bir saziş imzalayan 19-cu ölkə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
iqtisadiyyat.az

1Mənbələr