İspaniya milli komandası 30 min avro cərimələnə bilər. Msport.az 2DF-ə istinadən xəbər verir ki, buna səbəb Lamin Yamalın saat 23:00-dan sonra futbol oynamasıdır.
Almaniya qanunvericiliyinə əsasən, 18 yaşdan aşağı yeniyetmələrin saat 20:00-dan sonra işləməsinə icazə verilmir. Bu qanun Almaniyada olan əcnəbi vətəndaşlara da aiddir.
Amma idmançılar üçün müəyyən istisna var, onların saat 23:00-dək tədbirlərdə iştirakına icazə verilir.
Avro-2024-ün 2-ci turunun İspaniya – İtaliya (1:0) oyunu yerli vaxtla saat 21:00-da başlayıb. Bu isə o deməkdir ki, Yamal stadiondan 23:00-dan gec gedib.