AZ

Ermənistan Türkiyənin təhriki ilə Fələstinin müstəqilliyini tanıyıb?

"Milli Cəbhə" Ermənistanın Fələstin dövlətini tanımasına Türkiyənin reaksiyasına toxunaraq, Ermənistanın Türkiyənin təhriki ilə bu addımı atdığını qeyd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bir müddət əvvəl Türkiyə Xarici İşlər Nazirliyi yaydığı rəsmi bəyanatda Ermənistanın Fələstinin müstəqilliyini tanımasını alqışlayıb. 

Məhz buna görə "Milli Cəbhə" İrəvanın Türkiyənin təhriki ilə Fələstinin müstəqilliyini tanıması ilə bağlı qənaətə gəlib. 

"Biz İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələrin ardınca Ermənistanın Fələstin dövlətini tanımaq qərarını alqışlayırıq.

Həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir", - Türkiyə XİN bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
iqtisadiyyat.az

2Mənbələr