AZ

İsmayıllının Balik kəndində uşaqların tibbi müayinəsi aparılıb

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında imzalanmış daxili əmrə və təsdiqlənmiş qrafikə əsasən əhaliyə göstərilən tibbi xidmətin, o cümlədən ilkin səhiyyə xidmətinin keyfiyyət və əlçatanlığını təmin etmək məqsədilə həkim pediatr və ailə həkimi-pediatrlardan ibarət briqadalar yaradılıb.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Məqsəd rayonunun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.

 

Yaradılan briqadalar qrafik əsasında Ailə Sağlamlıq Mərkəzinə yaxın olan həkim və tibb məntəqələrinə təhkim olunurlar.

 

Quşencə Həkim məntəqəsinin təşkilatçılığı ilə həkim pediatr Aytən Əliyeva Balik kəndində uşaqları müayinə edib.

Seçilən
182
1
aztibb.az

2Mənbələr