“Neftçi” Eddi İsrafilovdan sonra daha bir orta sahə oyunçusu ilə yolları ayıra bilər.
KONKRET.az xəbər verir ki, söhbət ötən yay “Qarabağ”dan böyük ümidlərlə transfer edilən Qara Qarayevdən gedir.
31 yaşlı futbolçu klubun gələcək planlarına daxil deyil.
Ümumiyyətlə, “ağ qaralar” yay fasiləsində bir sıra yaşlı oyunçuları göndərmək barədə düşünür.
Onların sırasında millimizin sabiq üzvü də yer alıb.
Amma Eddidən fərqli olaraq Qarayevin göndərilməsi üçün klub futbolçu ilə mütləq dil tapmalıdır.
Çünki yarımmüdafiəçinin “Neftçi” ilə gələn ilin yayına kimi müqaviləsi var.
Belədə təzminat ödənilməsi mütləqdir. (Sportinfo)