AZ

Həkimlər 1600-ə yaxın təcili əməliyyatı təxirə salıb - Səbəb

Həkimlər

Rusiya ilə əlaqəsi olduğu iddia edilən “Qilin” haker qrupu Böyük Britaniya Milli Səhiyyə Xidmətinin məlumat bazasını sındırıb.

Reyting.az
“Guardian” nəşrinə istinadla bildirir ki, hakerlər həkimlər üçün təxminən 300 milyon fayla girişi bloklayıb və 50 milyon dollar fidyə tələb edirlər.

Hakerlərin dövlət xəstəxanaları və özəl tibbi təcrübələr də daxil olmaqla bir çox xəstəxanalara laboratoriya və diaqnostika xidmətləri göstərən Synnovis-in İT sisteminə nüfuz etdiyi bildirilir.

Qeyd olunur ki, hakerlər həkimlərin xəstə sənədlərinə girişini əngəlləyib, buna görə də hücumdan təsirlənən NHS xəstəxanaları qanköçürmə və orqan transplantasiyası da daxil olmaqla 1600-ə yaxın təcili randevu və əməliyyatı təxirə salmağa məcbur olub.



“Guardian” yazır ki, Synnovis fidyəni ödəməkdən imtina edib. Buna cavab olaraq, “Qilin” haker qrupu xəstə məlumatları olan 104 faylı ictimai sahəyə buraxıb.

Haker qrupunun Rusiya ilə əlaqəli olduğu güman edilir. O, müxtəlif ölkələrdə vacib strukturların bazalarını sındırır və onlara girişi bərpa etmək üçün fidyə tələbi irəli sürürlər. Lakin bu dəfə “Qilin” əməlini siyasi aksiya elan edib. Hakerlər bildiriblər ki, “Britaniyanın hərbi münaqişədə iştirakına” etiraz edirlər. Ehtimal ki, söhbət Britaniyanın Ukraynaya hərbi dəstəyindən gedir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
reyting.az

1Mənbələr