AZ

Polşa millisinin azarkeşləri Almaniyada iğtişaşa səbəb olublar

Polşa millisinin azarkeşləri Almaniyada iğtişaşa səbəb olublar

"Avro-2024" oyunlarını izləmək üçün Almaniyada olan Polşa millisinin azarkeşləri iğtişaşa səbəb olublar. AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.Berlin hüquq-mühafizə orqanlarından bildirilib ki, polis fiziki güc, bibər qazı və dəyənəklərdən istifadə ediblər. Həbs olunanlar var. Hələlik xəsarət alanların və saxlanılanların sayı barədə dəqiq məlumat verilməyib.Qarşıdurma Berlində Brandeburq qapısı yaxınlığında azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verib. Polyaklar polisə daş və butulka atıblar.İyunun 21-də Polşa millisi "Avro-2024"-də ardıcıl ikinci məğlubiyyətini alaraq pley-offa çıxmaq şansını itirən ilk komanda olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
afn.az

1Mənbələr