İctimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən OXU24.COM -a verilən məlumata görə, Famil Mehrabov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
xxx
14:29
Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.
Bildirilib ki, onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.