AZ

ABŞ-dan Ukraynaya qadağa: Rusiyada bu ərazilər vurula bilməz!

ABŞ administrasiyasının Amerika silahlarının istifadəsinə qoyduğu məhdudiyyət Ukraynanın Rusiyanın bir sıra hərbi aerodromlarına zərbə endirməsinə mane olur.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ sərhəddən 100 km-dən çox məsafədə silahlarının istifadəsini məhdudlaşdırıb. Nəşr yazır ki, Amerika silahları ilə vurulmasına icazə verilməyən əsas hava limanları Rusiyaya ciddi üstünlük verir.

Pentaqonun sözçüsü Çarli Dits isə qeyd edib ki, ABŞ “Rusiya qoşunlarının Ukrayna ərazisini işğal etməyə çalışdığı yerlərdə” Amerika silahlarından atəş açmağa icazə verib:

“Bu, coğrafiyaya və ya müəyyən radiusa aid deyil. Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə və ya hücum etmək üzrədirsə, Kiyevin ona hücum edən qüvvələrə cavab vermək hüququ var. Həmçinin Rusiya təyyarələri Ukrayna hava məkanını atəşə tutmaq üçün havaya qalxdığı təqdirdə Vaşinqtonun verdiyi hava hücumundan müdafiə sistemlərindən istifadə ilə onları Rusiya ərazisində vurmaq olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
axar.az

4Mənbələr