Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ardıcıl oyunların sayına görə Avropa çempionatının rekordunu təzələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Stats Foot” portalı məlumat yayıb.
Ronaldo Avro 2024-ün qrup mərhələsinin 2-ci tur matçında Türkiyə millisinə qarşı komandasının start 11-də yer alıb. Bu görüş onun Avropa çempionatında ardıcıl 19-cu oyunu olub. Bundan əvvəlki rekord italiyalı müdafiəçi Leonardo Bonuççiyə məxsusdur.
Portuqaliyalı hücumçunun daha bir Avropa çempionatı rekordu var. O, tarixdə altı avroda oynamağı bacaran yeganə oyunçu oldu.