Polşa millisi Avropa çempionatları tarixində qrup mərhələsinin ikinci turundan sonra mübarizədən kənarlaşdırılan üçüncü komanda olub.
Belə bir anti-rekorda imza atan ilk komanda Ukrayna olub.
Ötən gün Polşa AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Avstriyaya uduzaraq (1:3) qitə turnirinin 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün hətta riyazi şansını əldən verib.
Qeyd edək ki, Ukraynanın anti-rekordu Fransa meydanlarında baş tutan AVRO-2016-da qeydə alınıb. Şimali Makedoniya isə AVRO-2020-dəki performansı ilə bu "nailiyyəti" təkrarlayıb.
Mənbə: championat.com