Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
B qrupu çərçivəsində Venesuela Ekvadoru, Meksika isə Yamaykanı sınağa çəkib. Üç qolun qeydə alındığı Ekvador – Venesuela matçında ikincilər əzmkar qələbəyə seviniblər. Meksika yığması isə Yamaykanı minimal hesabla üstələyib.
Xatırladaq ki, daha öncə A qrupunda Peru – Çili matçı qolsuz yekunlaşmışdısa, son çempion Argentina Kanadanı 2:0 hesabıyla üstələmişdi.
İyunun 24-də C qrupu çərçivəsində Uruqvay yığması Panamanı, meydan sahibi ABŞ millisi isə Boliviyanı sınağa çəkəcək. Bu oyunlara müvafiq olaraq Bakı vaxtı ilə saat 02:00-da və 05:00-da start veriləcək.
Xatırladaq ki, iyunun 21-də start götürmüş Amerika Kubokunda mübarizəyə iyulun 14-də yekun vurulacaq. Son olaraq 2021-ci ildə Argentina yığması bu turnirin qalibi olub.
Amerika Kuboku
B qrupu
23 iyun
Ekvador – Venesuela 1:2
Qollar: Jeremi Sarmiento, 40 – Jonder Kadis, 64. Eduard Belyo, 74.
Meksika – Yamayka 1:0
Qol: Xerardo Arteaqa, 69.