AZ

Aİ Rusiya və Şimali Koreyaya qarşı yeni tərəfdaşlıq planlaşdırır

Rusiya və Şimali Koreya arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi fonunda Avropa İttifaqı (Aİ) Cənubi Koreya və Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, cari ilin sonuna qədər nazirlər səviyyəsində Aİ ilə ölkələr arasında saziş bağlana bilər.

Müqavilə müdafiə sənayesinə məhsulların birgə hazırlanmasına və satınalma coğrafiyasının genişləndirilməsinə imkan verəcək. Aİ, həmçinin kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Yaponiya ilə ayrıca tərəfdaşlıq planına nüvə təhlükəsizliyi və tərk-silahı daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
11
unikal.az

10Mənbələr