AZ

Müqəddəs Məkkədə 500-dən çox zəvvar dünyasını dəyişib – FOTO

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istidən 500-dən çox zəvvar ölüb.

Səudiyyə Ərəbistanında müqəddəs Məkkəyə həcc ziyarəti zamanı azı 550 nəfər ölüb. Səbəb çərşənbə axşamı bölgədə temperaturun 50 dərəcədən yuxarı qalxması ilə həddindən artıq istilər olub. Diplomatlar izah ediblər ki, bu qədər ölüm halının səbəbi çoxlu sayda qeydiyyatsız zəvvardır və onların gəlişi yardım düşərgələrində xaosa səbəb olub. Səudiyyə diplomatları dəqiqləşdirib ki, ölənlərdən ən azı 323-ü Misirdən gələn ziyarətçilərdir. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, Qahirə Həcc ziyarəti zamanı itkin düşən misirlilərin axtarışında Səudiyyə rəsmiləri ilə əməkdaşlıq edir.

İordaniyadan olan ən azı 60 zəvvar da dünyasını dəyişib. Tehran səbəbləri dəqiqləşdirmədən 5 iranlı zəvvarın ölümünü rəsmən açıqlayıb, Dakar isə üç seneqallı zəvvarın öldüyünü bildirib. Səudiyyə Ərəbistanı rəsmiləri bazar günü isti və istidən əziyyət çəkən 2000-dən çox zəvvara yardım etdiklərini bildirdilər. Təkcə həmin gün 2700-dən çox “isti tükənməsi” halının olduğunu söylədilər. Keçən ilki Həcc ziyarətinin də böyük faciə ilə üzləşdiyi, əksəriyyəti İndoneziyalı olmaqla azı 240 nəfərin öldüyü bildirilir.

Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bazar ertəsi, iyunun 17-də Məkkədəki Məscidül-həramda temperatur Selsi üzrə 51,8 dərəcəyə çatıb. Bundan əvvəl, bazar günü ölkənin Səhiyyə Nazirliyi Həcc ziyarəti başlayandan bəri ən yüksək temperaturun qeydə alındığını bildirib və zəvvarlara ən isti saatlarda günəşə məruz qalmamağı, çətirlərdən istifadə etməyi və bol su içməyi tövsiyə edib. Bununla belə, bir çox Həcc mərasimləri, o cümlədən şənbə günü Ərəfat dağında qılınan dualar gündüz saatlarını açıq havada keçirməyi nəzərdə tutur.

DOĞRU.AZ

image-messenger_creation_11a3518b-029d-43bd-9721-1f0f4f138a49

Seçilən
71
3
dogru.az

5Mənbələr