AZ

Dağıstanın Serqokalinski rayonunun rəhbəri saxlanılıb

Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərov saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “5-tv.ru”-ya hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

Bu arada RİA Novosti öz mənbəsinə istinadən yazır ki, o, işdən çıxarılacaq.

Bazar günü axşam, iyunun 23-də naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəyə hücum ediblər. Daha sonra Mahaçqalada yol polisi postunun atəşə tutulması xəbəri yayılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, nazirlər və yerli sakinlər arasında itki və xəsarət alanların olduğu bildirilir. Dağıstanda antiterror əməliyyatı rejimi elan edilib.

Hazırda dörd yaraqlının məhv edildiyi məlumdur.

Faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlanıb.

Əli Babayev

Seçilən
316
sia.az

1Mənbələr