AZ

Yeni model avtomobil bənzərsiz olacaq

Yeni

"Jeep Avenger" sürətlə Avropa avtomobil bazarını parçalayır. "Jeep" maşın ailəsinin ən kiçik üzvü sayılan yeni "Jeep Avenger" avtomobilinə tələbat Avropa məkanında rekord həddə çatıb. Şirkət sözçüləri də bu xəbəri rəsmən təsdiqləyiblər. Onlar bildiriblər ki, Avropada bu avtomobillərə olan tələbat nəticəsində sifarişlər daha da artıb və 2024-cü ilin ortalarına qədər sifariş sayı 100.000-ə yüksəlib.

Reyting.az
-ın məlumatına görə, şirkətdən bildiriblər ki, "Jeep Avenger" avtomobilinin belə tezliklə çox böyük uğur qazanmasının səbəblərindən biri də güc aqreqatlarının müxtəlifliyi və model çeşidinin genişləndirilməsidir.

Xatırladaq ki, model 2022-ci ilin sonlarından "Jeep"-in ilk elektrik avtomobili kimi təqdim edilib. Daha sonra 2023-cü ildə 1,2 litrlik benzin mühərriki və avtomatik transmissiyası ilə yumşaq hibrid (e-Hybrid) olan versiyalar üzə çıxıb. 2024-cü ilin sonunda hibrid quraşdırmalı və tam ötürücülü "Jeep Avenger 4Xe"-nin artırılacağı gözlənilir.

Benzinlə işləyən "Avenger" 99, onun "e-Hibrid" modeli isə 28 at gücünə malikdir. Avtomobil elektrik mühərriki ilə işləyir. Bu maşının tam elektrik modeli 154 at gücünə malikdir. Ən son, həmçinin də yeni model "Avenger 4Xe"-nin isə 134 at gücündə mühərrikə sahib olduğu deyilir. Üstəlik, bu maşın ötürücülüdür və həm də çox yüksək performans təmin edən iki elektrik mühərriki ilə təmin edilib.

Mütəxəssislərin fikrincə, bu yüngül hibrid versiyaların tətbiqinin, yəni müasir "Ceep Avenger" avtomobilinin Avropada, eləcə də digər ölkələrdə, ümumilikdə dünyanın maşın bazarında satışlara hansı formada və necə təsir edəcəyini görmək maraqlı olacaq.

"Jeep Avenger" avtomobili "Stellantis"-in "Alfa Romeo Junior", həmçinin "Fiat 600" kimi digər kiçik kompakt modelinə malik yolsuzluq avtomobilləri ilə çox böyük bir inamla artıq rəqabət aparır və getdikcə daha çox populyarlıq qazanmağa davam edir.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
reyting.az

1Mənbələr