AZ

Dağıstanda terror aktı ilə bağlı 'Vahid Rusiya'nın şöbə katibi saxlanılıb [Video]

İcraçı prodüser Sosial media reportyoru/prodüseri Sosial media redaktoru Dağıstanda Serqokalin rayonunun rəhbəri və “Vahid Rusiya” partiyasının yerli şöbəsinin katibi Maqomed Omarov saxlanılıb, evində axtarış aparılıb. TASS-ın məlumatına görə, bazar günü sinaqoq və polisə hücumda Ömərovun iki oğlu, eləcə də qardaşı oğlu iştirak edib. İyunun 23-də Dərbənddə naməlum şəxslər sinaqoq və pravoslav kilsəsini avtomat silahlardan atəşə tutub. Eyni vaxtda naməlum şəxslər Mahaçqalada yol-patrul xidmətinin postuna hücum edib, daha sonra hadisə yerinə gələn polislərlə atışmaya giriblər. Hücumlar nəticəsində 7-si polis olmaqla azı 9 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Öldürülənlər arasında pravoslav keşiş də var. İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. İlkin məlumatlara görə, hücumlarda azı 6 nəfər iştirak edib. Onlardan dördü ləğv edilib. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
xural.com

1Mənbələr