AZ

Türkiyə millisinin üzvü Premyer Liqa klubunun hədəfində

Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.

Publika.az verir ki, “Brayton” oyunçu ilə maraqlanır. Bu barədə “Fotomaç” məlumat yayıb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Fabian Hürzeler Barış Alperi heyətdə görmək istəyir. "Qağayılar" bu keçid üçün 17 milyon avro büdcə ayırıb.

Qeyd edək ki, futbolçu hazırda Avro-2024-də mübarizə aparan Türkiyə millisinin düşərgəsindədir. O, yığmanın turnirdə keçirdiyi hər iki matçda iştirak edib.

Seçilən
153
publika.az

1Mənbələr