AZ

Alimpaşa Məmmədovun 10 milyonluq əmlakı üzərindən həbs götürüldü

11 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun iki əmlakı üzərindən həbs qərarı götürülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.

Seçilən
71
24
tribunainfo.az

10Mənbələr