AZ

Əməliyyat zamanı qətlə yetirilən polis serjantı Kürdəmir rayonundan imiş...

Xəbər verildiyi kimi, Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Nəticədə, polis əməkdaşları polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həyatlarını itiriblər.

Onlardan biri – Mirəli Füzuli oğlu Heydərov əslən Kürdəmir rayonunun Cəyli kəndindəndir.

Bizim.Media xəbər verir ki, bu barədə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Malikova sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, hadisəni törədən 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu zərərsizləşdirilib.



Bizim.Media 

Seçilən
235
bizim.media

1Mənbələr