İyunun 24-nə keçən gecə müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarının kosmik rabitə mərkəzi vurulub. Bu, artıq düşmənin kosmik infrastrukturuna ikinci endirilən zərbədir.
Yerli Telegram kanallarının məlumatına görə, Yevpatoriya yaxınlığında yerləşən Vitino kəndində güclü partlayış səsləri eşidilib və yerli sakinlər hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınlarının gəldiyini bildiriblər. Bundan əlavə, “Krım küləyi” ictimaiyyəti kosmik rabitə mərkəzinin ərazisində yanğınların olduğunu dəqiq göstərən peyk şəkillərini dərc edib. “Peyklər Rusiyanın 40-cı əlahiddə komanda-ölçü kompleksi (Uzunmənzilli Kosmik Rabitə Mərkəzi, NİP-16, 81415 saylı hərbi hissə) yaxınlığında iki yanğını qeyd edib”, – məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Ordusu yarımadanın ilhaqı zamanı bu obyekti ələ keçirib və 2014-cü ildə kompleksi Aerokosmik Müdafiə Qüvvələrinə verib və onun modernləşdirilməsinə başlayıb. 2017-ci ildə mərkəzə 10 yeni kompleksin daxil olduğu və modernləşdirmənin davam etdirildiyi bildirilib. “Defence Express” xəbər verir ki, Rusiya bu cür tədbirlərə çoxlu pul xərcləyib.
//Samir Qurbanov, Editor.az