AZ

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb

Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, anlaşma memorandumunu Baş prokurorunun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.

Qeyd edilib ki, memorandum ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.

Seçilən
132
20
ikisahil.az

10Mənbələr